Rusiya hökuməti pomidorların ölkə ərazisinə idxalına görə alınan gömrük rüsumlarını ləğv edib.

Bu barədə İqtisadiyyat.az Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, 31 may 2024-cü il tarixinədək tədarük həcmi 100 min tona qədər olan müəyyən növ təzə və soyudulmuş pomidorların Rusiyaya idxalına gömrük rüsumu ləğv edilib.