İngiltərə "Liverpul"u bu həftə 45 yaşlı hollandiyalı Arne Slotun baş məşqçi təyin olunduğunu elan edəcək.

İqtisadiyyat.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, artıq Hollandiya "Feyenoord"unun rəhbəri Arne Slotla müqavilə imzalanıb. "Feyenoord" 13 milyon avro təzminat alacaq.

Alman Yurgen Klopp yanvar ayında bu mövsüm başa çatdıqdan sonra "Liverpul"dan ayrılacağını və bir il məşqçiliklə məşğul olmayacağını açıqlamışdı.

Arne Slott 2021-ci ildən "Feyenoord"a rəhbərlik edir, ötən mövsüm komanda Hollandiya çempionu titulunu qazanıb. Hollandiya çempionatının 30 turundan sonra "Feyenoord" lider PSV-dən 12 xal geridə olmaqla ikincidir.