Böyük Britaniya iqtisadiyyatı bu ilin fevral ayında 0,1% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) hesabatında deyilir.

Məlumata görə, tikinti sektoru bir çox layihələrə mane olan rütubətli hava səbəbindən zəifləyib.

Artımın əsas hərəkətverici qüvvəsi isə istehsal sektorudur. Fevral ayında iqtisadiyyat istehsalda, xüsusən də avtomobil sektorunda geniş miqyaslı artımın fonunda bir qədər böyüyüb.

Qeyd edək ki, bu ilin yanvar ayında Britaniyada iqtisadi artım 0,3% təşkil edib.

 

Gözəl Həşimova