Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşüb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir "X"də paylaşım edib. 

"Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük. Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişaf trendləri barədə danışdıq", - nazir qeyd edib.