Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professoru Elxan Allahverdiyev Prezident yanında Ali Attestasiya Komissiyasını (AAK) məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, professor AAK-a qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırıb.

İddia hakim Rəna Qafarovanın sədrliyi ilə araşdırılacaq.

İşin detalları açıqlanmayıb.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü E.Allahverdiyev 2021-ci ildən ADAU-nun professorudur.

O, 1991-ci ildə AKTİ-nin (indiki ADAU) Aqronomluq fakültəsini bitirib, alim aqronom adı alıb. 1991-1994-cü illərdə ADAU-da aspiranturada oxuyub. 2002-ci ildə "Qarabağ bölgəsinin aşağı hissəsində qarğıdalı ilə soyanın birgə səpinində yüksək keyfiyyətli silos kütləsi əldə etmək üçün gübrə normalarının optimallaşdırılması" mövzusunda aqrar elmlər üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2009-cu ildə Suvarma əkinçiliyi ixtisası üzrə dosent elmi adı alıb. Alim onlarla beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib. 140-dan artıq elmi məqalə və elmi əsərlərin müəllifidir.