Dünya Bankı Türkiyədə iqtisadi artımın bu il 3%, gələn il isə 3,6% olacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bankın Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair hesabatında deyilir.

Hesabatda bildirilib ki, makroiqtisadi konsolidasiya səylərinin daxili tələbi məhdudlaşdıracağı gözlənilir.

"İnflyasiyanın may ayında pik həddə çatdıqdan sonra sərt pul siyasəti səbəbilə tədricən azalacağı gözlənilsə də, xalis ixracın artan töhfəsi ilə cari əməliyyatlar balansının yaxşılaşması proqnozlaşdırılır", - məlumatda deyilir.

 

Gözəl Həşimova