Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, stadiona qarşı məhkəmədə "Azəriqaz" iddia qaldırıb.

İşin mahiyyəti isə istehlak edilmiş təbii qaz haqqının ödənilməsi üzrədir.

İddia Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 2020-ci ildə başlanılıb. Tikinti işləri 2022-ci ildə başa çatdırılıb. Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.