İsrail iqtisadiyyatı ötən ilin dördüncü rübündə 21% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail Statistika Bürosu məlumat yayıb.

Məlumata görə, ölkə iqtisadiyyatına HƏMAS qruplaşması ilə müharibənin başlanması birbaşa təsir edib.

Bildirilib ki, iqtisadiyyatın azalması ilk növbədə ehtiyatda olan hərbçilərin genişmiqyaslı səfərbərliyi, müharibənin başlanmasından sonra evakuasiya edilmiş israillilərin mənzillə təmin olunması xərcləri və ölkədə işçi çatışmazlığı ilə bağlıdır.

 

Gözəl Həşimova