“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda iqtisadi artımın 1,5% olacağını proqnozlaşdırıb. Bu da agentliyin ötən ilki proqnozu ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Agentlik bu il Azərbaycanda nominal ümumi daxili məhsulun (ÜDM) 76.08 milyard dollar, adambaşına düşən ÜDM-in isə 7,364.82 dollar olacağını gözləyir.