'Bakı Metropoliteni' QSC üçün 3 ədəd pikap tipli minik avtomobillərinin (4 qapı, 4X4 təkər formullu) satınalınması üzrə açıq tender elan edir.

İQTİSADİYYAT.az rəsmi mətbuata istinadən xəbər verir ki, tender təklifləri 10 yanvar 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, M.Rəfibəyli küçəsi 16, ünvanına “İcraya Nəzarət, Kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim edilməlidir.

İddiaçıların təklifləri 11 yanvar 2018-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Tenderdə iştirak haqqı 200 manat təşkil edir.