“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi xüsusi nasoslar, mühərriklər üçün aqreqatlar, onların hissələrinin (1), melorasiya-irriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin - buldozerlərin (2) və ekskavatorların (3) alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

İqtisadiyyat.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Gidromaşservis" QSC, “Hayat Group" MMC və “Ramma" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 1,55 milyon manat, 1,84 milyon manat və 7,582 milyon manat, ümumilikdə isə 10,972 milyon manat ödəniləcək.