Yaponiyanın “Mazda Motor” avtomobil korporasiyası Rusiyadakı fəaliyyətini dayandırır və Vladivostokdakı müştərək müəssisəndəki payını “Sollers Auto” şirkətinə vermək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq müqavilə oktyabrın 24-də imzalanıb.

Əməliyyatın məbləği simvolik olaraq 1 avro təyin edilib.

Qeyd edək ki, “Mazda” 2012-ci ildə “Sollers” ilə birgə Vladivostokda avtomobil istehsalı müəssisəsi açıb.