Kontinental Hokkey Liqasının (KHL) prezidenti Aleksey Morozov Azərbaycan klubunun liqaya qoşulma ehtimalını dəyərləndirib.
İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, Morozov Rusiyanın idman naziri Mixail Deqtyarevlə bu məsələni müzakirə etmədiyini bildirib.
“Biz bu yaxınlarda bir-birimizi gördük, Azərbaycanla bağlı belə bir söhbət olmayıb”, - deyə KHL rəhbəri vurğulayıb.
Yeni KHL mövsümü sentyabrın 3-də başlayıb.