ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfəri zamanı Birləşmiş Ştatların Ukraynaya əlavə olaraq 700 milyon dollardan çox dəstək ayırdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Blinken qeyd edib ki, 325 milyon dollar Ukraynanın enerji infrastrukturunun bərpasına yönəldiləcək. Daha 290 milyon dollar isə Ukrayna əhalisinə humanitar yardım üçün ayrılacaq. Bu, dərmanlar, ərzaq məhsulları, içməli suyu və digər ehtiyac olunan malların alınmasını əhatə edir.

ABŞ minalardan təmizləmə işləri üçün də Kiyevdə 102 milyon dollar verəcək. Ayrılan vəsaitlərin ümumi məbləği təxminən 717 milyon dollar təşkil edir.

Həmçinin bu gün Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə səfəri çərçivəsində Ukraynaya dəstək üçün 600 milyon funt sterlinq (782 milyon dollar) ayırdıqlarını elan edib.