Sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi "Toyota" markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.
Bu barədə İqtisadiyyat.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Onun sözlərinə görə, marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Araşdırma davam etdirilir.
***21:50
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
İqtisadiyyat.az APA-ya istinadın xəbər verir ki, Yeni Günəşli qəsəbəsində sürücü idarəetməni itirərək avtomobili yol kənarındakı marketə çırpıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub.
Qeyd edilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli), müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Şahidlərin verdiyi məlumata görə sükan arxasında əyləşən qadın sürücü yanlışlıqla əyləcin əvəzinə qaz pedalını sıxaraq gəldiyi sürətlə də marketə çırpılıb.