Polşanın qərbində, Lübüs Voyevodalığının Sviebodzin şəhəri yaxınlığında həcmi 100 min ton olan neft yatağı aşkar edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ORLEN enerji konserni məlumat yayıb.

“Bu, bizim geoloqlarımız və mühəndislərimiz üçün böyük uğurdur, bu ehtiyatların işlənməsinin başlanğıcı təkcə ORLEN deyil, həm də əməliyyat ödənişlərinin 90%-ni neft və qaz hasilatından əldə edən yerli hakimiyyət orqanlarının xeyrinə olacaq”, - məlumatda deyilir.

Mütəxəssislərinin fikrincə, yatağın çıxarıla bilən ehtiyatlarının həcmi 100 min tondan artıqdır. Qeyd olunub ki, ətrafdakı mümkün əlavə ehtiyatları nəzərə aldıqda bu rəqəm 500 min tona çata bilər. “Reçitsa-1” adlandırılan neft quyusundan ildə 16,5 min tona qədər neft hasil edilməsi planlaşdırılır.

Polşanın neft yataqlarının əksəriyyəti ölkənin qərb hissəsində cəmləşib.

 

Sadiq Cavadov