Nigeriyanın şimalındakı Borno əyalətində daşqınlardan təxminən bir milyon insan zərər çəkib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu “Daily Trust” nəşrinə ştatın qubernatoru Babaqana Umara Zulum deyib.

“Baş verənlərin tam miqyası hələ müəyyənləşdirilməyib. Hələlik biz əsas ehtiyaclarla bağlı yardım göstərməyə yönəlmişik”, - o bildirib.

Məlumata görə, uzun sürən yağışlardan sonra daşqınlara ştatın inzibati paytaxtı Mayduquridən 10 km aralıda yerləşən Alau bəndinin dağılması səbəb olub. Yerli sakinlərin sözlərinə görə, Borno əyalətində sonuncu dəfə belə böyüklükdə fəlakət 30 ildən daha əvvəl müşahidə edilib.

Afrikanın ən böyük ölkəsi bu yaxınlarda görünməmiş humanitar böhranla üzləşib. BMT-nin məlumatına görə, daşqınlar nəticəsində 185 nəfər ölüb. Ənənəvi olaraq ölkənin "çörək səbəti" hesab edilən ölkənin şimal bölgələri digərlərindən daha çox əziyyət çəkib. Ümumilikdə, ölkədə 107 min hektar kənd təsərrüfatı bitkiləri məhv edilib ki, bu da Nigeriya əhalisinin ərzaq təhlükəsizliyini təhdid edir. İnfrastruktura külli miqdarda ziyan dəyib. Nigeriya hökuməti təcili yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib. 

 

Sadiq Cavadov