44 günlük Vətən müharibəsində yaralanan qazi Zaur Hacıbala oğlu Həsənov vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

1974-cü il təvəllüdlü baş leytenant uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Z.Həsənovun iki övladı var.