Bu ilin avqust ayında bazar dəyərinə görə dünyanın ən qiymətli avtomobil markalarının siyahısı tərtib edilib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə dünyanın ən yaxşı şirkətlərinin bazar dəyərini ölçən "Companies Market Cap" reytinqi təqdim edib.
Məlumata görə, bazar dəyərinə görə dünyanın ən qiymətli avtomobil markaları bunlardır:
Marka |
Bazar dəyəri |
Tesla |
706 milyard dollar |
Toyota |
244 milyard dollar |
BYD |
91.5 milyard dollar |
Ferrari |
83.8 milyard dollar |
Mercedes-Benz |
72.3 milyard dollar |
Porsche |
69.9 milyard dollar |
BMW |
58.3 milyard dollar |
Volkswagen |
56.1 milyard dollar |
Xiaomi |
55.1 milyard dollar |
General Motors |
51.6 milyard dollar |
Honda |
51 milyard dollar |
Stellantis |
47.8 milyard dollar |
Tata Motors |
47.7 milyard dollar |
Maruti Suzuki India |
45.8 milyard dollar |
Hyundai |
44.9 milyard dollar |
Qeyd edək ki, 2023-cü ildə qlobal avtomobil satışları 67,3 milyondan 75,3 milyon ədədə yüksəlib. Araşdırmalara görə, ötən il dünyada ən çox satılan avtomobil "Tesla Model Y" elektromobili olub. Bu avtomobildən il ərzində 1,15 milyon ədəd satılıb.
Əlavə edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana ümumilikdə 943,7 milyon dollar dəyərində 51 179 ədəd avtomobil idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5587 ədəd azalıb, çəkilən xərc isə 43,2 milyon dollar artıb.
Gözəl Həşimova