Azərbaycanın gənclərdən ibarət cüdo yığması Estoniyanın paytaxtı Tallində təşkil olunan Avropa çempionatında tarixi nəticə qazanıb.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan ümumkomanda hesabında 39 ölkə arasında 1-ci yeri tutub.

Ölkəmiz oğlanların sıralamasında 1-ci, qızların sıralamasında 2-ci nəticə göstərib. Bu münasibətlə milli yığmamız Avropa Cüdo Birliyi tərəfindən mükafata layiq görülüb.

Həmin mükafat baş məşqçi Elxan Məmmədova təqdim olunub. Növbəti dəfə ölkəmizin bayrağı ucaldılıb, himni səsləndirilib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatında 4 cüdoçumuzun qızıl medal qazanmağı Azərbaycan tarixində bir ilk olub. Bundan əlavə, yüksək performans göstərən qızlarımız 25 illik aradan sonra ölkəmizə bu yarışın qızıl medallarını qazandırıblar və 1999-cu ildə qeydə alınan rekordu təkrarladılar.

Həmin qürurverici anları təqdim edirik: