UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədovun qardaşı Usman Nurməhəmmədov çempion titulunu Aleksandr Şabliyə qarşı döyüşdə müdafiə edib.

İqtisadiyyat.az xəbər verir ki, iki rusiyalının yüngül çəki döyüşü ABŞ-ın San Diego şəhərində "Bellator" turnirində baş tutub.

Döyüş beş raund davam edib və Nurməhəmmədov hakimlərin yekdil qərarı ilə qalib gəlib. Beləliklə, o, çempion titulunu ikinci dəfə qoruyub.

26 yaşlı Nurməhəmmədovun aktivində 18 qələbə var və heç bir məğlubiyyəti yoxdur. Onun iştirakı ilə keçirilən daha bir döyüş isə baş tutmamış elan edilib. 31 yaşlı Şabli isə 24 qələbə ilə karyerasında dördüncü məğlubiyyətini alıb.