ABŞ-də kommersiya neft ehtiyatları həftə ərzində 833 min barel artaraq sentyabrın 6-da 419,14 milyona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) analitiklərinin həftəlik hesabatında bildirilib.

Təşkilat açıqlayıb ki, sentyabrın ilk iş həftəsində ehtiyatların artmasına baxmayaraq, ABŞ-də kommersiya xammalının ümumi ehtiyatları ilin bu dövrü üçün beş illik orta göstəricidən dörd faiz aşağı olub.

Hesabat dövründə əmtəəlik benzin ehtiyatları da xeyli artıb. Belə ki, sentyabrın 6-na onların həcmləri 221,55 milyon barel (üstəgəl 2,31 milyon) qiymətləndirilib. Öz növbəsində ölkədə distillat ehtiyatları bu müddət ərzində 2,31 milyon barel artaraq 125,02 milyon barel təşkil edib.