Azərbaycanda unun topdansatış qiymətində ucuzlaşma müşahidə olunur.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ucuzlaşma bütün növ un istehsalçılarını əhatə edir.
Belə ki, sentyabrın 5-dən etibarən istehsalçılar unun qiymətini 0,8 manatadək azaldıblar.
Ötən ay 26,1 manata satılan 50 kq-lıq ən ucuz un növü ("Dəvəçi-Taxıl") hazırda 25,3 manata, ötən ay 27,8 manata satılan ən bahalı un növü ("Azeri-Arapoğlu U.S.və T.LTD") isə hazırda 27,5 manata təqdim olunur.
Beləliklə, un istehsalçılarının topdansatış qiymətlərini təqdim edirik:
25,5 manata - "Dəvəçi-Dəyirman" MMC.
26,2 manata - "ATS MİLL" MMC.
26 manata - "Anadoluqida" MMC və "Sünbül 2012" MMC.
26,05 manata - "AVETA" MMC və "KARAT HOLDİNQ" MMC.
25,95 manata - "Bakı Taxıl Terminalı" MMC, "Dəniz un sənayesi LTD" MMC, "Hazartürk LTD" MMC, "KARAT HOLDİNQ" MMC (digər satış məntəqəsi), "Karmen" MMC, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "Orxan UN" MMC, "PAK-NUR" FİRMASI, "Səma" fərdi firması, "Taxıl AQRO" MMC, "Xırman" MMC, SKY AGRO MMC.
26,25 manata - "Gəncə Dəyirman" MMC.
26,7 manata - "NEON" Firması.
26,5 manata - Nural" MMC və "Avrora" MMC.