Bakı-Qazax magistral yolunun kənarında inşa olunmuş yaşayış evlərinin dam örtükləri və hasarları yenidən qurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qeyd edilib ki, yenidənqurma işləri magistral yolun Yevlax rayonunun yolkənarı kənd və qəsəbələrindən keçən hissəsindəki tikiləri əhatə edəcək.

Eyni zamanda magistral yolun həmin ərazidən keçən hissəsində abadlaşdırılma işləri aparılacaq.

Bağlanmış müqaviləyə əsasən, yenidənqurma və abadlıq işlərini “AZR-R Construction” şirkəti 357 540,5 manata icra edəcək.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında təsis olunan “AZR-R Construction” MMC tikinti-inşaat işlərini həyata keçirməklə bərabər, tikinti-sənaye materiallarının alqı-satqısı ilə də məşğuldur.