Ötən il üzrə dünyanın ən böyük spirtli içki ixracatçılarının siyahısı açıqlanıb.

İqtisadiyyat.az-ın araşdırmasına görə, Böyük Britaniya ötən il dünyanın ən böyük spirtli içki ixracatçısı olub.

Britaniya həmin il 8,5 milyard dollar dəyərində spirtli içkilər ixrac edib. Fransa 5,37 milyard dollarlıq ixracatla növbəti ən böyük ixracatçı olub.

2023-cü ildə dünyanın ən böyük spirtli içki ixracatçıları isə bunlardır:

Ölkələr

İxrac

Böyük Britaniya

8,5 milyard dollar

Fransa

5,3 milyard dollar

Meksika

4,3 milyard dollar

ABŞ

2,5 milyard dollar

Sinqapur

2,5 milyard dollar

İtaliya

1,8 milyard dollar

Almaniya

1,6 milyard dollar

İrlandiya

1,4 milyard dollar

Niderland

1,3 milyard dollar

Çin

1,2 milyard dollar

 

Araşdırmalara görə, Amerika Birləşmiş Ştatlar ötən il dünyanın ən böyük spirtli içki idxalçısı olub. ABŞ həmin il 11,3 milyard dollarlıq spirtli içki idxal edib. Çin təxminən 2,82 milyard dollar dəyərində idxalla növbəti ən böyük idxalçı olub:

Ölkə

İdxal

ABŞ

11,3 milyard dollar

Çin

2,8 milyard dollar

Sinqapur

2,1 milyard dollar

Almaniya

1,7 milyard dollar

Fransa

1,5 milyard dollar

Böyük Britaniya

1,2 milyard dollar

Niderland

1,2 milyard dollar

İspaniya

1,1 milyard dollar

Kanada

1 milyard dollar

İtaliya

1 milyard dollar

 

Qeyd edək ki, 2027-ci ilə qədər qlobal alkoqollu içki bazarının həcminin təxminən iki trilyon ABŞ dollarına çatacağı gözlənilir. Spirtli içkilər bazarı ümumi bazarın təxminən üçdə birini təşkil edəcək.

Əlavə edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 56,5 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə idxal olunub.

 

Gözəl Həşimova