Azərbaycan millisinin üzvü Mehdi Cənnətov Millətlər Liqasında ən çox qurtarış edən iki qapıçıdan biridir.

İqtisadiyyat.az UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper ilk iki qarşılaşmada 12 seyv edib.

Estoniya millisinin qapıçısı Karl Yakob Heyn də eyni sayda qurtarışla yadda qalıb.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının ilk iki turunda İsveçrəyə 1:3, Slovakiyaya 0:2 hesabı ilə uduzub