Bakıda 313 nömrəli tam orta məktəbin direktoru işdən çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə ünvanında məlumat paylaşılıb.
Bildirilib ki, məktəbdə 17 il direktor işləyən Zakir Bayramov tutduğu vəzifədən yaş səbəbi ilə azad edilib.
Qeyd edək ki, o, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı ilə təltif olunub.