Argentinalı ulduz futbolçu Lionel Messi ABŞ-nin məşhur basketbolçusu Maykl Cordanı "tarixin ən böyük idmançısı" adlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, ulduz futbolçunun çıxışından "Sporf" jurnalının "X" sosial şəbəkəsində rəsmi səhifəsi sitat gətirib.

Messi bildirib ki, “Son Rəqs” adlı sənədli serialı izlədikdən sonra Cordanın kim olduğunu daha yaxşı başa düşüb və bu, ona böyük təsir edib.

Maykl Cordan karyerası ərzində NBA çempionatını altı dəfə qazanıb və iki dəfə Olimpiya çempionu olub. 2009-cu ildə o, Basketbolun Şöhrət Zalına daxil edilib.