Litva hökuməti Ukraynaya uzaq mənzilli silahların, xüsusilə də “Palyanitsa” dron-raketlərinin istehsalının inkişafı üçün 10 milyon avro ayırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov “Telegram” kanalında məlumat verib.

“Litva Ukraynaya bizim uzaq mənzilli imkanlarımızı, xüsusən də “Palyanitsa” dron-raketini maliyyələşdirmək üçün 10 milyon avro ayırır”, - Umerov yazıb.