BMW Vyetnamda avtomobil istehsalına başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin tərəfdaşı BMW-nin ölkədə rəsmi idxalçısı olan yerli Truong Hai Auto Corporation (THACO) şirkəti olacaq.

BMW Tayland, Hindistan, Çin, Malayziya və İndoneziyadakı fabrikləri əhatə edən Asiyada istehsal şəbəkəsini genişləndirəcək. Vyetnamda BMW avtomobillərinin yığılmasının nə vaxt başlayacağı hələlik məlum deyil, lakin modellər artıq siyahıya alınıb. Siyahıda 3 və 5 seriyalı sedanlar, həmçinin X3 və X5 krossoverləri konveyerə qoyulacağı planlaşdırılır.

Məhəbbət Məmmədov