"Azərsu" ASC nasosların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında bildirilir ki, tenderin qalibi “Azelmaş” Elmi-Texniki Firmasıdır.

Qalibə 4 508,2 min manat ödəniləcək.

Xatırladaq ki, “Azelmaş” 1993-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 0,2 manat, qanuni təmsilçisi isə Araz Rafiq oğlu Qurbanlıdır.