“Bakı Polad Burazlar” ASC ötən ili 3 min 26 manat xalis zərər ilə başa vurub. 

İqtisadiyyat.az-ın hesablamasına görə, bu, 2022-ci ilə nisbətən 24 dəfə və ya 70 min manat azdır. Şirkət 2022-ci ildə 73 min 120 manat xalis zərər açıqlamışdı. 

2023-cü ildə ASC-nin əsas əməliyyat gəlirləri 9,3% azalaraq 2022-ci ildəki 814,1 min manatdan 738,4 min manata enib.

Şirkətin satışla bağlı xərcləri 481,8 min manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 9% çoxdur. Nəticədə, “Bakı Polad Burazlar”ın ümumi mənfəəti 256,6 min manata enib. Yaranmış 237 min manat inzibati və 31 min manat sair xərclər şirkətin ili zərərlə başa vurmasına səbəb olub. Bununla belə, ümumilikdə 2022-ci ilə nisbətən sair və inzabati xərclərin azalması şirkətin xalis zərərini azaldıb. 

ASC ötən il 3,4 dəfə yaxın kiçilib. Belə ki, “Bakı Polad Burazlar” ASC-nin cəmi aktivləri 2023-cü ildə 1,15 milyon manatdan 333,5 min manata enib. Paralel olaraq cəmi öhdəlikləri isə 1,02 milyon manatdan 203,1 min manata enib. Şirkətin cəmi kapitalı isə 130,3 min manatdır. 

Qeyd edək ki, “Bakı Polad Burazlar”ın əsas fəaliyyəti burazların (tros) istehsalıdır.