“Azərbaycan Dəmir Yolları” QSC vaqon və lokomotivlərin rənglənməsi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 100 manatdır. 

İddiaçılar ilkin sənədləri sentyabrın 15-də, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 21-də, saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən vaqon deposuna təqdim edə bilərlər. Əlaqələndirici şəxs Nilufər İsmayılovadır. Telefon: (012) 499-73-54; (055) 203-36-34.

Təkliflərə sentyabrın 22-də, saat 11:00-da səhmdar cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasında baxılacaq.report