"Zirə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, iyulun 18-də “Dalğa Arena”da baş tutacaq “Zirə” - “Şerif” oyununu qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Bulat Sariyev yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk köməklik edəcək. Dördüncü hakim isə Aydın Tasıbayev olacaq