Azərbaycan Premyer Liqasının 2024/25 mövsümü öncəsi hazırlıqlarını davam etdirən "Turan Tovuz" və "Kəpəz" yoxlama oyununda üz-üzə gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda Tovuz təmsilçisi böyükhesablı qələbə qazanıb - 4:0.

Kurban Berdıyevin baş məşqçi olduğu komandanın heyətində Oto Con (2), Aleks Souza və Sadiq Şəfiyev rəqib qapısına yol tapıblar.

Qeyd edək ki, "Turan Tovuz" daha öncə yoxlama görüşündə 2-ci Liqa təmsilçisi "Şəmkir"i 13:0 hesabı ilə məğlub edib.