Almaniyada keçirilən Avropa çempionatında finala yüksələn ikinci komandanın adı bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, yarımfinal mərhələsi çərçivəsində İngiltərə millisi Niderland millisi ilə üz-üzə gəlib. Matç ingilislərin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

AÇ-2024

Yarımfinal mərhələsi

23:00 Niderland – İngiltərə 1:2

Qollar: X.Simon, 7 – H. Keyn, 18. Uotkins, 90.

Baş hakim: Feliks Zvayer (Almaniya)

“Signal İduna Park”, Dortmund