Bu gün Avropa Liqasında 2024/2025 mövsümü start götürəcək.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Zirə" klubu da bu gün ilk sınağına çıxacaq. Azərbaycan təmsilçisi səfərdə Moldovanın "Şerif" komandası ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Avropa Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

11 iyul

21:00. Şerif – Zirə

Hakimlər: Alessandro Dudiç, Paskal Hirzel, Susann Künq, Anojen Kanaqasinqam (İsveçrə).

Tiraspol. “Şerif” İdman Kompleksi.