Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən “Sabah” klubu bu gün növbəti yoxlama matçını keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, Bakı təmsilçisi “Krivbas” (Ukrayna) ilə qarşılaşacaq.

“Brejitse” stadionunda gerçəkləşəcək matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.

Bakı klubu daha əvvəl yoxlama görüşündə Sloveniyanın “Koper” komandasına 1:0 hesabı ilə qalib gəlib. “Çukariçki” (Serbiya) kollektivi ilə görüş isə qolsuz yekunlaşıb.