Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, saat 14:30-da başlayacaq iclasın Gündəliyində aşağıdakı məsələlər daxil edilib:

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Digər məsələlər