"Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, “sarı-qırmızılar” “Renn”dən müdafiəçi Qela Dueni transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Qalatasaray” oyunçu üçün Fransa klubu ilə 9 milyon avro qarşılığında razılaşıb.

21 yaşlı cinahh oyunçusu ötən mövsüm Liqa 1-də 26 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.