İtaliya Seria A komandalarından "Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib. "Qoca Sinyora" Fransanın "Nitsa" klubundan Kepren Turamı transfer edib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

"Yuventus" 23 yaşlı futbolçu üçün qarşı tərəfə bonuslarla birlikdə 25 milyon avro ödəyəcək.

Futbolçu ilə 2029-cu ilin iyununa kimi müqavilə imzalanacaq.