Çempionlar Liqası və Konfrans Liqasının I təsnifat mərhələsində dünən keçirilən oyunlardan sonra UEFA reytinqində dəyişikliklər olub.

İqtisadiyyat.az saytı xəbər verir ki, Azərbaycan siyahıda geriləyib.

Hələ ki, heç bir klubumuz avrokubok mövsümünə start vermədiyindən, ölkəmiz 16.750 əmsalda qalıb. Bu isə bir pillə geriləyərək 26-cı yerə düşməyimizə səbəb olub. Xal sayını 16.875-ə çatdıran Slovakiya reytinqdə Azərbaycanı geridə qoyub.

Bundan başqa, Rumıniya, Farer adaları, Latviya və Cəbəllütariqdə də bir pilləlik irəliləyiş müşahidə edilib. Əvəzində İsveç, Finlandiya, Bosniya və Herseqovina və Belarus geriləyiblər.

Qeyd edək ki, reytinqə 89.160 əmsalla İngiltərə başçılıq edir