Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni qapıçı cəlb edib.

İqtisadiyyat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Paulo Rojerio Veyqa dos Santosla müqavilə bağlayıb.

Portuqaliyalı qolkiper Premyer Liqa komandası ilə 1 illik sazişə qol çəkib. 25 yaşlı çərçivə qoruyucusunun son klubu vətənində aşağı liqa təmsilçisi “Lenk Vilaverdense” olub.

Qeyd edək ki, Rojerio “Braqa” akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub