2025-ci ilin sonuna qədər Rusiya kommersiya bankı VTB Şimali Qafqazdakı ofislərinin sayını, o cümlədən İnquşetiya və Qaraçay-Çərkəzdə filiallarını açmaqla, demək olar ki, iki dəfə artırmağı planlaşdırır.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bunu VTB-nin baş direktoru Andrey Kostin Qafqaz İnvestisiya Forumunun plenar iclasında deyib.

“Yalnız Şimali Qafqaz Federal Dairəsini götürsək, gələn ilin sonuna qədər bizdə olan ofislərin sayını, demək olar ki, iki dəfə artırmağı planlaşdırırıq: 25-dən 47-yə. Eyni zamanda bank üçün yeni respublikalarda - İnquşetiya və Qaraçay-Çərkəzdə VTB ofisləri açılacaq”, - o deyib.