İspaniya çempionu və Çempionlar Liqasının qalibi “Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti İspaniya millisini dördüncü dəfə Avropa çempionu titulunu qazanması münasibətilə təbrik edib.

İqtisadiyyat.az xəbər verir ki, o, bunu sosial şəbəkə hesablarında yazıb.

“İspaniya millisini təbrik edirəm. Bu, Avropa çempionatında layiqli qələbədir”.

Berlində keçirilən finalda İspaniya İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.

"Real Madrid"in İspaniya millisində cəmi bir təmsilçisi, müdafiəçi Dani Karvahal var idi. Həmçinin ötən mövsümü Ançelottinin rəhbərlik etdiyi komandada icarə əsasında keçirən və ötən ay Qətərin “Əl Qarafa”sına keçən forvard Xoselu və Səudiyyə Ərəbistanının “Əl Qadisia”sına keçən müdafiəçi Naço Fernandes də çempion olan yığmada yer alıblar.