Ukrayna Prezidenti Vladimir Zelenski tanınmış Britaniya aktyoru Orlando Blum ilə görüşüb. 

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Zelenskinin "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, Orlando Blum Ukraynaya humanitar yardımın göstərilməsi, valideyn qayğısından məhrum olan uşaqlara ailə qayğısı sistemininin inkişafı kimi layihələrə dəstək göstərəcək.

Qeyd edək ki, Orlando Blum UNİCEF-in səfiridir.