Məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov iyulun 2-də Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutan kikboksinq turnirində iştirak etməsi haqda yayılan xəbərə münasibət bildirib.

Zabit Səmədov açıqlamasında “QARABAĞ - zəfər gecəsi” adlı tədbirdə iştirak etməyəcəyini vurğulayıb: "Turnirlə heç bir əlaqəm yoxdur. Mənim öz yarışım sentyabrın 10-da olacaq".

Qeyd edək ki, kikboksçu Zabit Səmədovun türkiyəli aktyor Burak Özçivit iyulun 2-də ölkəmizdə təşkil olunacaq kikboksinq turnirində müşayiət edəcəyi haqda xəbər yayılıb.