Yaponiyanın Baş naziri və hakim Liberal Demokrat Partiyasının rəhbəri Fumio Kişida 2022-ci ildə ümumilikdə 38,6 milyon yendən (267,2 min dollardan çox) çox qazanıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, gəlirlərinə görə Fumio Kişida parlamentdə təmsil olunan bütün digər partiyaların liderlərini üstələyib.

Bu göstərici üzrə ikinci yerdə kommunistlərin lideri Kazuo Şii olub. O, 2022-ci ildə 20,5 milyon yen (təxminən 142 min dollar) qazanıb.

Kişidadan fərqli olaraq parlamentdə təmsil olunan bütün digər siyasi partiyaların liderlərinin gəlirləri onun deputatlarının orta qazancından aşağı olub. Bu, demək olar ki, 21,6 milyon yen (149,1 min dollar) təşkil edib.Kişidanın gəliri onun baş nazir vəzifəsində aldığı maaşdan və parlament üzvünə ödəniləcək ödənişlərdən, həmçinin nəşrlərə görə qonorardan, ödənişli çıxışlardan əldə olunan qazancdan ibarətdir.