Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Aprelin 21-də Almaniyanın Ramştayn Hava Bazasında keçiriləcək iclasda NATO-nun Baş katibi Yens Stoltenberq də iştirak edəcək.

İclasa ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli sədrlik edəcəklər. Tədbirdə Ukraynada davam edən müharibə və NATO müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi təhlükəsizlik məsələləri müzakirə olunacaq.