Ukrayna Portuqaliyadan 3 ədəd “Leopard 2A6” tankı alıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Portuqaliya Müdafiə Nazirliyindən bildirilib. Tankların artıq Ukraynaya təhvil verildiyi bildirilib.

 Vurğulanıb ki, Portuqaliya Rusiyanın işğalı ilə bağlı olaraq Ukraynaya dəstəyi davam etdirəcək.